“Bakcell”in məşhur simaları bütün ölkəni Bulvardakı konsertə səsləyir

saytların hazırlanması

Evə çatdırılma

“Bakcell”in məşhur simaları bütün ölkəni Bulvardakı konsertə səsləyir

Sosial

24 Aprel 2024 18:21 510


“Bakcell”in sosial mediada paylaşdığı sonuncu videolarda musiqi ulduzları Röya və Miri Yusif bütün ölkəni yeniliyə səsləyib. Məşhur simalarla yanaşı, ən çox təəccüb yaradan süni intellekt dəstəkli robot olub.

Yenisabah.az xəbər verir ki, insanabənzər robot da Azərbaycan dilində danışığı ilə Bulvardakı konsertə dəvət mesajı göndərib. Robotla bağlı hələ ki dəqiq məlumat olmasa da, görünür, Bakcell 25 aprel, 18:00-da Bakı Bulvarında baş tutacaq konserti ilə bütün Azərbaycana innovasiyalarla dolu bir təcrübə yaşadacaq.

Bundan əlavə, ötən günlərdə 100 000 GB hədiyyə veriləcəyini bildirən Bakcell, Tünzalə Ağayeva, Natiq Ritm Qrupu, Murad Arif kimi məşhur simalarını açıqlamışdı.

Maraqlıdır, Bakcell hansı yenilikləri ictimaiyyətə bölüşəcək? Detalları 25 aprel 18:00- da Bulvarda biləcəyik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!