Bakı metropolitendə Maqomayevin mahnıları səsləndirilir

saytların hazırlanması

Evə çatdırılma

Bakı metropolitendə Maqomayevin mahnıları səsləndirilir

Sosial

17 Avqust 2022 09:50 756


Müslüm Maqomayevin yubileyi şərəfinə Bakı metropolitendə sənətkarın mahnıları səsləndirilir.

Yenisabah.az xəbər verir ki, bu gün dünya şöhrətli azərbaycanlı opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyidir.

Azərbaycan xalqının böyük rəhmət və sevgi ilə andığı əbədiyaşar sənətkarın musiqi irsinə daim Bakı metropolitenində xüsusi yer verilir. Böyük ustadın əziz xatirəsi ehtiramla yad edilir, səsləndirdiyi musiqi parçaları müxtəlif layihələrdə metropoliten sərnişinlərə təqdim olunur. Toyuqlu pizza

Bu gün metropolitenin stansiyalarındakı elektron monitorlarda Müslüm Maqomayevin yubileyini xatırladan posterlər nümayiş olunur. 

Bundan savayı, bütün metropoliten stansiyalarında dahi müğənninin sənətinə xüsusi ehtiram və hörmətin əlaməti olaraq, stansiyalarda onun ifasında hər kəsi heyran edən musiqi parçaları səsləndirilir.

Musiqi proqramına Müslüm Maqomayevin zəngin repertuarından Azərbaycan və dünya xalqlarının dillərində ifa etdiyi mahnılar daxil edilib.

1942-ci ilin bu günündə Bakıda dünyaya göz açan böyük sənətkar keçmiş SSRİ-nin Xalq artisti adını daşıyır. O, Azərbaycan Respublikasının "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunub. Keçmiş SSRİ-nin və Azərbaycan Respublikasının bir çox medal, mükafatları və adları ilə təltif edilmiş Müslüm Maqomayev 30-dan çox filmin musiqisinin müəllifidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!