Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ

İqtisadiyyat

10 İyul 2026 16:01 6891


Naxçıvan Muxtar Respublikası ilə Bakı arasında yeganə nəqliyyat dəhlizi olan hava əlaqəsində son aylarda ciddi fasilələr, reyslərin kütləvi şəkildə təxirə salınması və ləğv olunması halları müşahidə edilir. Statistikaya nəzər saldıqda, bu il ötən illərlə müqayisədə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların daha çox ləğv edildiyi görünür.

“Yeni Sabah” xəbər verir ki, Modern.az reyslərin ləğvetmə halları ilə bağlı "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat xidmətinə sorğu ünvanlayıb. Qurumdan cavab olaraq bildirilib ki, reyslərin builki intensiv ləğvi birbaşa sərnişin və ekipajın təhlükəsizliyini qorumaq məqsədi daşıyır:

"Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və mürəkkəb dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa və kəskin təsir göstərir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi (külək kəsilməsi) və ildırım aktivliyi təyyarələrin eniş və qalxma mərhələlərində əlavə və ciddi risklər yaradır". Toyuqlu pizza

Mətbuat xidməti sərnişinlər arasında yaranan bəzi yanlış anlaşılmalara da aydınlıq gətirib:

"Qeyd etmək vacibdir ki, uçuşların hava şəraiti ilə əlaqədar təxirə salınması və ya ləğv edilməsi qərarı yalnız sərnişinin yerdə – hava limanında müşahidə etdiyi vizual görüntüyə əsasən verilmir. Aviasiyada qərarlar marşrut boyunca, həmçinin qalxma və enmə hava limanlarında mövcud olan və proqnozlaşdırılan meteoroloji şərait əsasında qəbul edilir.

Məsələn, yerdən baxdıqda hava təmiz və aydın görünə bilər. Lakin yuxarı qatlarda mövcud olan ildırım aktivliyi, güclü külək, şaquli hava axınları, intensiv yağıntı və ya tufan buludları yer səviyyəsindən aydın seçilmir. Bu faktorlar uçuş təhlükəsizliyinə birbaşa təhdid yaratdığından, ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun olaraq reysləri ləğv etmək məcburiyyətində qalırlar."

AZAL rəsmiləri bəyan ediblər ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları sərnişinlərin və ekipaj üzvlərinin həyatını riskə atmamaq şərti ilə, yalnız beynəlxalq mülki aviasiya normalarına əsaslanaraq qəbul edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sahin
    Bildirmek istyerem ki defelerle eyni hadise tekrarlanib men satilan reys tarixnde reysin ucuş vaxtin deyisdirildiyi bildirlib kassaya yaxinlasdiqda elave 30 manat mebleğinde pull verin biletinizi bu rese yazaq gedin bildirlib sadece camahati dolamaqda basqa birsey deyil qeydiyatda durub saatlarla azal emekdasi gözlemişem heç kim yaxinlasib aciqlama vermeyib qeydiyat azal emekdasinin yerinde olmadiğni bildirib sadece camahati gic yerne qoymaqdan basqa birsey deyil get 2026 iyun 25 23.50 resini arasdir sora gel aciqlamasni ver hörmetli azal.!
    2 months ago