Bakı polisinin rəisi vəzifəsini icra edən 45 yaşlı generalla bağlı   MARAQLI MƏLUMATLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakı polisinin rəisi vəzifəsini icra edən 45 yaşlı generalla bağlı MARAQLI MƏLUMATLAR

Siyasət

14 Noyabr 2020 14:50 5716


Xəbər verdiyimiz kimi, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini icra edən şəxs məlum olub.

Bu vəzifənin səlahiyyətlərinin icrası idarənin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Teymur Hacıyevə tapşırılıb.

Yenisabah.az bildirir ki, T.Hacıyev 1975-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1993-cü ildən daxili işlər orqanlarında xidmətə başlayıb və bu müddət ərzində istintaq xidmətində müxtəlif məsul vəzifələrdə işləyib. pizza sifarişi

2014-2019-cu illərdə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin şöbə rəisi və həmin Baş İdarənin rəis müavini, Zərdab rayon Polis Şöbəsinin, Mingəçevir şəhər Polis Şöbəsinin rəisi vəzifələrində xidmət edib. 2019-cu ilin sentyabr ayında Bakı şəhər BPİ rəisinin əməliyyat işi üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2019-cu il tarixli 1306 nömrəli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!