4 İyul - 04:51
Bakı səmasında əzələ nümayişi: “MİQ-29”, “NF-5” və “F-16” nələrə qadirdir? - Fotolar

Bakı səmasında əzələ nümayişi: “MİQ-29”, “NF-5” və “F-16” nələrə qadirdir? - Fotolar

Digər

25 May 2022 19:53 943


Bir neçə gündür Bakı səmasında döyüş təyyarələri dövrə vurur, müxtəlif tryukları icra edir. Uçuşlar “TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində keçirilir.

Yenisabah.az xəbər verir ki, təlim uçuşlarında Azərbaycan Hərbi Hava Qüvvələrinin “MiQ-29” və Türkiyə HHQ-nin “F-16” və “NF-5” təyyarələri iştirak edir.

Hərbi təyyarələri və onların döyüş imkanlarını müqayisə etmək üçün aşağıdakı rəqəmlərə diqqət yetirmək olar:

“MiQ-29” – Rusiya istehsalı olan yüngül cəbhə qırıcısıdır. Əsasən hava hədəflərinin məhv edilməsi üçün istifadə edilir. Lakin yer hədəflərinə qarşı idarəolunmayan raketlər də daşımaq iqtidarındadır.

Təyyarənin standart döyüş avadanlığı altı “hava-hava” tipli raketdən və 30 mm-lik QŞ-30-1 aviatopdan ibarətdir.

“MiQ-29”un maksimal sürəti 2450 km/s-dək çatır, kreyser sürəti – 850 km/s-dir. 18 kilometr hündürlüyə qədər qalxa bilir.

“NF-5” (“Freedom Fighter”) – “Canadair” şirkəti tərəfindən lisenziyalı istehsal edilən ABŞ-ın yüngül çoxhədəfli qırıcısıdır.

Maksimal sürəti – 1700 km/s, kreyser sürəti – təxminən 1000 km/s-dir. 16 kilometr hündürlüyə qədər qalxmaq iqtidarındadır.

Standart döyüş avadanlığı iki “hava-hava”, dörd “hava-yer” tipli raketlərdən, 9 100 kiloqramlıq aviabomba və 220 mm-lik hava topundan ibarətdir.

“F-16” – ABŞ istehsalı olan dördüncü nəsil yüngül çoxhədəfli qırıcıdır. Öz sinfində dünyada ən çox buraxılmış döyüş təyyarəsidir (təxminən 5000 ədəd).

Standart döyüş avadanlığı dörd “hava-hava”, iki “hava-yer” tipli raketdən, birtonluq aviabombadan və bir altılüləli aviatopdan ibarətdir.

Maksimal sürəti – 2120 km/s-dir. Uçuş hündürlüyü – 15 kilometrədəkdir. 

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!