Saçların ağarması təkcə yaşla bağlı deyil: STRESS

saytların hazırlanması

Evə çatdırılma

Saçların ağarması təkcə yaşla bağlı deyil: STRESS

Maraqlı

29 Noyabr 2026 13:34 43


Saçların ağarması təkcə yaşlanma ilə əlaqəli deyil. Elmi araşdırmalar göstərir ki, güclü psixoloji stress də bu prosesə təsir edə, hətta bəzi hallarda saçların təbii rəngini itirməsinə səbəb ola bilər.

“Yeni Sabah” xəbər verir ki, Harvard Universitetinin alimləri tərəfindən 2020-ci ildə aparılan araşdırmada stressin saç rəngini müəyyən edən piqment hüceyrələrinin kök hüceyrələrini tükəndirdiyi müəyyən edilib.

Nəticələri nüfuzlu “Nature” elmi jurnalında dərc olunan tədqiqat çərçivəsində siçanlar üzərində təcrübələr aparılıb. Alimlər müəyyən ediblər ki, güclü stress simpatik sinir sistemini aktivləşdirir. Bunun nəticəsində ifraz olunan noradrenalin maddəsi piqment kök hüceyrələrinin sürətlə fəaliyyətə keçməsinə və sonradan tükənməsinə səbəb olur. Bu hüceyrələr tükəndikdə isə yeni çıxan saçlar rəngini itirərək ağara bilir. Sərfəli qiymətə məhsullar

Maraqlıdır ki, Columbia Universitetinin alimləri 2021-ci ildə insanlar üzərində də bu mövzuda araşdırma aparıblar.

“eLife” jurnalında dərc olunan tədqiqatda psixoloji stresslə saçların ağarması arasında əlaqə müəyyən edilib. Araşdırma zamanı bəzi saç tellərinin stressin azaldığı dövrdə yenidən təbii piqment qazandığı müşahidə olunub.

Alimlər bir insanın saç telində əvvəlcə ağarmış, daha sonra isə yenidən öz təbii rənginə qayıtmış hissələri müəyyən ediblər. Bu dəyişikliklərin iştirakçıların həyatındakı stressli dövrlərlə əlaqəli olduğu üzə çıxıb.

Beləliklə, tədqiqatlar göstərir ki, saçların ağarmasında yaşla yanaşı, psixoloji stress də rol oynaya bilər. Bəzi hallarda stressin azalması saç piqmentinin qismən bərpası ilə müşayiət oluna bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!