Bakı-Sumqayıt qatarına kağız bilet ləğv edilir

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Sumqayıt qatarına kağız bilet ləğv edilir

Sosial

12 İyun 2023 12:09 965


İyulun 1-dən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara (Bakı-Sumqayıt-Bakı) kağız biletlərin satışını dayandıracaq.

Yenisabah.az xəbər verir ki, məqsəd rəqəmsal ödənişlərin genişləndirilməsi, köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınmasıdır. Müvafiq marşrut üzrə qatarlarda gediş NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə təmassız və rahat şəkildə həyata keçirilə bilər.

ADY-yə məxsus gediş kartlarını Abşeron dairəvi dəmir yolu marşrutu üzrə fəaliyyət göstərən bütün stansiyaların kassalarından əldə etmək olar. Kartın qiyməti 2 manatdır. Dördpendirli pizza

Sərnişinlər ADY gediş kartlarından istifadəni dayandırdıqları təqdirdə kartları kassalara təhvil verməklə kart üçün ödənilmiş və balansda olan məbləği geri ala bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!