Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Bakı və Ankara Ermənistandakı siyasi mühiti idarə edir” – QHT sədri
23 İyn 2021 14:00
731

“Bakı və Ankara Ermənistandakı siyasi mühiti idarə edir” – QHT sədri

“Ermənistanda keçirilən seçkilər yalnız Bakı və Ankaranı qane edib”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu "Beynəlxalq İnkişaf Mərkəzi"nin rəhbəri Tevan Poqosyan bildirib.

Onun fikrincə, gələcəkdə Ermənistana beynəlxalq təzyiqlərin artacağı bir vəziyyət olacaq. “Bizdən hüquqi tənzimləmə nöqteyi-nəzərindən erməniləri Qarabağı müdafiə etmək imkanından məhrum edəcək beynəlxalq müqavilələr imzalamağımız tələb olunacaq. Ermənistan öz hüdudları daxilində kiçilir”.

Tevan Poqosyanın sözlərinə görə, Ermənistandakı seçkilər Azərbaycanı və Türkiyənin, lazım olduqda, İrəvanda seçkiqabağı proseslərə müdaxilə və təsir göstərə biləcəklərini, mənafelərini qoruyacağlarını inandırıb. “Azərbaycan və Türkiyə indi deyir: “Biz Ermənistanda hər zaman seçkilərdə qalib gələ bilərik və böhranlı bir vəziyyət yaratmağa ehtiyac olarsa, seçkiləri təşkil edib tam olaraq istədiyimiz namizədi hakimiyyətə gətirəcəyik”.

QHT sədri hesab edir ki, Ermənistanda seçkilər böhran şəraitində keçirilməməli idi, çünki yalnız böhranlı nəticələrinə gətirib çıxara bilər. “Əmin olduğum kimi, əsas siyasi oyunçular, razılaşmalı və qarşılıqlı olaraq ölkənin siyasi sahəsini tərk etməli, müvəqqəti böhran əleyhinə hökumətin qurulmasına çalışmalı idilər”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər