Bakı və İrəvan Qaluzinin təklifinə hansı cavabı verəcək? – “Rusiya qatara xeyli gecikib”

saytların hazırlanması

Evə çatdırılma

Bakı və İrəvan Qaluzinin təklifinə hansı cavabı verəcək? – “Rusiya qatara xeyli gecikib”

Siyasət

06 İyun 2026 13:43 175


“Qaluzinin və Kremlin bu kimi bəyanatları Rusiyanın Cənubi Qafqazdakı zəifləmiş mövqelərini möhkəmləndirmək məqsədi daşıyır. Bu kimi çıxışların ciddi bir əsası yoxdur”.

Bu sözləri “Yeni Sabah”a politoloq Oqtay Qasımov deyib.

Siyasi şərhçi bildirib ki, Rusiyanın sülh platforması yaratmaq təklifi real deyil: Marqarita pizza

“Əgər Rusiya doğrudan da regionda sülh olmasını istəsəydi, bunu hələ 20-30 il əvvəl edə bilərdi. Hətta 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsindən sonra belə Moskvanın əlində sülhün əldə edilməsi üçün kifayət qədər imkanlar vardı. Amma Rusiya tamamilə fərqli bir davranış sərgilədi. Çünki Rusiyaya Azərbaycan və Ermənistan arasında sülh lazım deyil. Qafqazda daimi münaqişə ocaqlarının olması Kremlə sərf edir.

Bu baxımdan, Qaluzinin təklifinin Bakı və İrəvan tərəfindən qəbul edilməsi real görünmür. Nə Azərbaycanın, nə də Ermənistanın Rusiyaya sülhlə bağlı etibarı var”.

O.Qasımov əlavə edib ki, Moskva əlində olan sülh imkanlarını çoxdan itirib:

“Moskva əlindəki sülh vasitələrini 5 il boşa verdi. Ona görə də tərəflər ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda görüşdülər və razılıq əldə etdilər. Artıq sülh müqaviləsinin mətni paraflanıb və yekun nəticə məhz bu istiqamətdə əldə olunacaq. Rusiya artıq gedən qatara xeyli gecikib. Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. Biz buna hazırıq. Amma sülhlə bağlı məsələ Bakı və İrəvan arasında ikitərəfli formatda öz həllini tapıb. Bu mövzuda ABŞ Rusiyadan daha konstruktiv və çevik davrandı”.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF-2026) çıxışı zamanı bəyan edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazır olduğunu bir daha təsdiqləyir.

Diplomat Moskvanın regional Ermənistan-Azərbaycan prosesindəki vasitəçilik rolunu xatırladaraq bildirib: "Sülh müqaviləsinin imzalanması məqsədilə Rusiya platformasını hazırlayıb tərəflərin ixtiyarına verməyə hazırıq".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!