Bakı Zooparkı bir neçə ay işləməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Bakı Zooparkı bir neçə ay işləməyəcək

Maraqlı

01 Fevral 2019 02:39 1251


Bakı Zooparkı yenilənir, hazırda heyvanların köçürülməsi prosesinə başlanılıb. Bunu Zooloji Parkın direktoru Azər Hüseynov deyib.

A.Hüseynovun sözlərinə görə, zoopark bir neçə aylıq fəaliyyətini dayandırır: “Bakı Zooparkı genişləndirilərək əsaslı təmir ediləcək, heyvanların şəraiti yaxşılaşdırılacaq. Hazırda parkın ərazisi 2.25 hektardır, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra 4.25 ha olacaq”.

Parkın direktoru heyvanların müvəqqəti olaraq Qaradağ rayonuna köçürüləcəyini bildirib: "Artıq köçürülmə prosesi gedir, Qaradağ rayonunda heyvanlar üçün xüsusi yerlər hazırlanıb. Ola bilsin, işlər bitdikdən sonra Zooloji Parka yeni heyvanlar da gətirilsin. Ancaq bu məsələ hələ dəqiq deyil". Dördpendirli pizza

Oeyd edib ki, genişləndirmə və təmir işlərinin yekunlaşma vaxtı işin gedişatından asılıdır: "Əgər hər şey öz yolunda gedərsə, işlər təqribən 6 aya, yəni yayda bitəcək".

Trend.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!