175 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi mayın 14-də pəncərədən yıxılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb, şagirdə ilkin yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. pizza hut
Məlumata görə, məsələ ilə bağlı şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Hadisə nəzarətə götürülüb və araşdırmalara başlanılıb.
Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.
Telegram kanalımız