Bakıda 14 yaşlı qızı kim öldürüb? - Prokurorluq açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 14 yaşlı qızı kim öldürüb? - Prokurorluq açıqladı

Kriminal

02 Fevral 2023 10:26 923


Bakıda 14 yaşlı qızın qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb. 

Baş Prokurorluğun mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, fevralın 2-si, saat 01 radələrində Sabunçu rayonu ərazisində 2009-cu il təvəllüdlü Günay Şadatovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

İlkin araşdırma zamanı Zaur Babayevin bıçaqla 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı Günay Şadatovaya xəsarət yetirməsi və sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.  pizza mizza

Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

İbtidai istintaq davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!