Bakıda 15 milyona satışa çıxarılan villa kimindir?    - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 15 milyona satışa çıxarılan villa kimindir?  - FOTOLAR

Sosial

28 Mart 2023 13:45 8102


Bakıda fantastik qiymətə villalar satılır.

Yenisabah.az xəbər verir ki, bununla bağlı müxtəlif elan saytlarında məlumatlara rast gəlmək olar.

Xüsusən də torpaq sahəsi daha geniş olan villaların qiyməti bahadır. Bu villalar lüks və dəbdəbəli şəraiti ilə digərlərindən seçilir.

Məsələn, Nəsimi rayonunda yerləşən bu villanı satışa çıxaran sahibi 15 milyon manata evini alıcılara təklif edir.

36 sot torpağın içərisində tikilən villa 2 mərtəbədən, 10 otaqdan ibarətdir.

Tbilisi prospekti yaxınlığında “Avropa” otelinin yanında yerləşən ev məşhur tikinti şirkəti tərəfindən tikilib.

Bu villanın 12 ballıq zəlzələyə davamlı olduğu bildirilir.  Evin 5 yataq otağı, böyük hovuzu, ofis və böyük zalı var. Villa başdan-ayağa italyan mebeli ilə döşənib.

Ev üçün barter qəbul edilmir və yalnız ciddi şəxslərin narahat etməsi xahiş olunur.

Əsmətxanım


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!