Dənizdə batan 15 yaşlı oğlanın meyiti tapıldı - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Dənizdə batan 15 yaşlı oğlanın meyiti tapıldı - Yenilənib

Hadisə

10 İyul 2022 18:48 1197


Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) batdığı ehtimal olunan 2007-ci il Şahbazlı Əmirxan Şahbaz oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Ə.Şahbazlının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. ​

*** pizza mizza

Bakıda 15 yaşlı yeniyetmə dənizdə batıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) 2007-ci il təvəllüdlü Şahbazlı Əmirxan Şahbaz oğlunun batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!