Türkiyənin məşhur şoumeni Okan Bayülgen Bakıda başına gələn hadisədən danışıb.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu barədə o, “Okan Bayülgen ilə uykusuzlar kulübü” proqramında danışıb.
Bayülgen azərbaycanlıların zərif olduğunu qeyd edərək onunla şəkil çəkdirmək istəyənlərin təqibinə məruz qaldığını açıqlayıb: pizza
“İnsanları çox zərif və şirindir. Çox möhtəşəm insanlardır. Bakıda 2 nəfər məni izləməyə başladı. Bir müddət sonra tərəddüd etdim. Küçəni dönən kimi geri çevrildim. Gördüm ki, uzun yol boyunca arxamca gəliblər. Çevirilib dedim ki, nə var? Dedilər ki, narahat etmiriksə, bir şəkil çəkdirə bilərik? Çox zərif insanlardır. Bunun üçün neçə dəqiqə arxanca gəlmək olarmı?”
Telegram kanalımız