Bakıda 21 yaşlı qızın sirli ölümü: Qonaq getdiyi evdə nə baş verib?

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 21 yaşlı qızın sirli ölümü: Qonaq getdiyi evdə nə baş verib?

Hadisə

03 İyun 2024 22:39 1421


Bakıda özünü binadan atan 21 yaşlı qızla bağlı yeni detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı Zərifə Məmmədzadənin Ağsudan Bakıya işləmək üçün gəldiyi ilə bağlı səslənən iddialar doğru deyil.

Belə ki, Z.Məmmədzadə Bakıda yerləşən 80 nömrəli məktəbin məzunudur. O, Bakı Biznes və Kooperasiya Kollecini bitirib. Dördpendirli pizza

Yaxınlarının sözlərinə görə, Zərifənin rəfiqəsi ilə birgə yaşadığı ilə bağlı yayılan xəbərlər yalandır. Z.Məmmədzadənin atası vəfat edib. O, qardaşı və anası ilə birgə yaşayıb. Anasına çox bağlı olduğu bildirilən gənc qız ölümündən bir gün əvvəl axşam saatlarında ailəsi ilə danışıb və rəfiqəsinin evində qalması üçün icazə alıb.

Məlumata görə, Zərifə heç vaxt evdən kənar yerdə qalmayıb. O, rəfiqəsi ilə birgə gözəllik salonunda çalışırdı. İşdən sonra rəfiqəsinin evinə qonaq gedən Zərifənin intiharı yaxınlarında bir sıra suallar doğurur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!