Bakıda 3 nəfər dəm qazından zəhərləndi - Ölən var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 3 nəfər dəm qazından zəhərləndi - Ölən var

Hadisə

14 Yanvar 2023 10:27 737


Bakıda 3 nəfər dəm qazından zəhərlənib, ölən var. 

Yenisabah.az-ın xəbərinə görə, hadisə yanvarın 13-də paytaxtın Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Məmməd Qənbərov kirayə yaşadığı fərdi yaşayış evinin hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.  Marqarita pizza

Bundan başqa, onunla eyni ünvanda kirayə yaşayan 2008-ci il təvəllüdlü Vəli Qarayev və 1987-ci il təvəllüdlü Gülnarə Qarayeva dəm qazından zəhərlənmə diaqnozu ilə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!