Bakıda 40 yaşlı qadın əri tərəfindən öldürüldü 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 40 yaşlı qadın əri tərəfindən öldürüldü 

Kriminal

10 May 2023 13:23 1115


Bakıda 40 yaşlı qadın qətlə yetirilib. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, mayın 10-də saat 12:30 radələrində paytaxtın Sabunçu rayonunda evlərin birində 1983-cü il təvəllüdlü Quliyeva Sevinc Fəxrəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.  pizza sifarişi

Cinayət əməlini törətməkdə şübhəli bilinən S.Quliyevanın həyat yoldaşı, 1977-ci il təvəllüdlü Zöhrab Quliyev Quləli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. O, polisə könüllü gəlib. 

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib. 

Araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!