Bakıda 410 minə “Galendewagen” satan şəxsin başına iş gəldi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 410 minə “Galendewagen” satan şəxsin başına iş gəldi

Maraqlı

02 Noyabr 2022 16:23 1185


Bakıda lüks avtomobil satan şəxs dələduzluqla üzləşdiyini bildirib. 

Bakı şəhər Baş Polis İdarəsinə müraciət edən paytaxt sakini, 1982-ci il təvəllüdlü M.Bayramov “Dubai Cars” avtomobil salonunda satışa qoyduğu “Mercedes Galendewagen” markalı avtomobilinin 410 min manata satıldığını, lakin pulun ona verilmədiyini deyib.

O bildirib ki, bir müddət əvvəl avtomobil salonunun adını xatırlamadığı satıcısı 90-MB-900 dövlət qeydiyyat nişanlı avtomobilini başqa şəxsə satıb və əldə etdiyi külli miqdarda vəsaiti mənimsəyib. pizza sifarişi

Baş Polis İdarəsinə daxil olan müraciət aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Araşdırmalar aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə 90-MB-900 dövlət qeydiyyat nişanının müxtəlif lüks avtomobillərə taxılmasını əks etdirən çoxsaylı görüntülər yayılıb.

***

Məsələ ilə bağlı “Dubai Cars” avtomobil satışı mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin Elsevər adlı əməkdaşı saytımıza açıqlamasında M.Bayramovun ittihamlarının əsassız olduğunu bildirib. Onun iddiasına görə, şikayətçinin özünün mərkəzə borcu var./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!