Bakıda 5 məşhur şadlıq sarayı cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 5 məşhur şadlıq sarayı cərimələndi

Sosial

14 Mart 2023 16:01 1181


Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakıdakı  "Romance Palace", "Grace Hall", "Meridian", "Grand Neon" və "Sapfir" şadlıq saraylarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktlarla bağlı şadlıq saraylarının sahibləri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!