Bakıda 60 yaşlı kişini avtomobil vurdu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 60 yaşlı kişini avtomobil vurdu

Hadisə

25 Dekabr 2021 22:43 774


Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Metronun "Koroğlu" stansiyasının yaxınlığında piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçən 1961-ci il təvəllüdlü Salayev Sərxan Taleh oğlunu minik avtomobili vurub. Dominos pizza

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, təpə-ənsə nahiyəsinin sıyrılmış əzikləri və sol sirkə kasasının yerdəyişən qəlpəli sınıqları diaqnozları qoyulub.

Yaralı ağır vəziyyətdə olduğundan, o reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!