Bakıda 8 bağçanın fəaliyyəti dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 8 bağçanın fəaliyyəti dayandırıldı

Sosial

07 Sentyabr 2022 11:34 862


Son bir ayda Bakıda 5 122 uşaq elektron sistem vasitəsilə bağçaya qəbul edilib. 

“Report” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu il 41 087 uşaq paytaxtda fəaliyyət göstərən bağçalarda təlim-tərbiyəyə cəlb olunub: "Onların tərbiyəsi ilə 4 299 müəllim məşğul olur". Dördpendirli pizza

M.Vəliyeva bildirib ki, idarənin tabeliyinə 348 bağça keçib: "Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264-ü körpələr evidir. 4 bağça əsaslı təmir olunub, 18 bağçada cari təmir işləri başa çatdırılıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!