Bakıda 8 marşrutun istiqaməti dəyişdirildi
15 Apr 2021 18:08
316

Bakıda 8 marşrutun istiqaməti dəyişdirildi

Martın 16-dan paytaxtın Xudu Məmmədov küçəsinin Məhəmməd Hadi küçəsi ilə kəsişməsindən Qədir Məmmədov küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri çərçivəsində (yolda asfalt-beton örtüyünün yenilənməsi) avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Yenisabah.az-a verilən məlumata görə, bu səbəbdən M1, M2, M6, 11, 43, 51, 57 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti dəyişdirilib.

Dəyişikliyə əsasən:

51 və 57 nömrəli marşrutlar:

- X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi;

M1,M2,M6,43 nömrəli marşrutlar:

- “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;

104 nömrəli müntəzəm marşrut - “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə;

11 nömrəli müntəzəm marşrut - Ukrayna dairəsi – Vunqtau küçəsi – Gəncə prospekti – Xudu Məmmədov küçəsi - İlqar Zülfüqarov küçəsi üzrə hərəkəti müəyyən edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər