Bakıda 9-cu mərtəbədən yerə yıxılan gənc komadadır

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 9-cu mərtəbədən yerə yıxılan gənc komadadır

Hadisə

31 Oktyabr 2022 10:00 1006


Bakıda 9-cu mərtəbədən yerə yıxılan gənc oğlanın son durumu açıqlanıb.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, hadisə oktyabrın 30-u saat 17 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü M.Fəracov yaşadığı 10 nömrəli binanın 9-cu mərtəbəsində olan mənzilin yataq otağının pəncərəsindən yerə yıxılıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. pizza

İlkin müayinə nəticəsində M.Fərəcovda bud çanağının sınığı, kəllə-beyin travması, sağ qabırğanın sınığı, ağciyər zədələnməsi aşkar edilib.

M.Fərəcov komadadır, danışa bilmir.

Hazırda faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!