Bakıda ailə mübahisəsi cinayətlə nəticələndi: 7 il həbs...

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ailə mübahisəsi cinayətlə nəticələndi: 7 il həbs...

Kriminal

17 Avqust 2022 15:12 945


Bakıda arvadını bıçaqlayan şəxsə hökm oxunub.

“Yeni Sabah” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həyat yoldaşı Fərqanə Hüseynovaya bıçaqla müxtəlif xəsarətlər yetirən Namiq Rəsulov 7 il 10 ay 15 gün müddətində azadlıqdan məhrum edilib.

Hadisə 2021-ci ildə Bakı şəhəri Sabunçu rayonunda baş verib. Belə ki, 1978-ci il təvəllüdlü Namiq Rəsulov yaşadıqları evdə ondan boşanmaq istəyən arvadı Fərqanə Hüseynovaya bıçaqla müxtəlif xəsarətlər yetirib.  pizza sifarişi

O, dərhal hadisədən peşman olaraq bıçaqla özünə də 20-yə yaxın xəsarət yetirib. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən N. Rəsulov ifadəsində bildirib ki, o Fərqanə ilə 2004-cü ildə “Çinici” mağazasında işləyən zaman tanış olub. Onların evlilikdən iki övladı dünyaya gəlib: 

“2020-ci ilin əvvəllərində Fərqanə telefonumda ''Votsap’’ proqramı ilə başqa bir qadınla yazışmamı görmüşdü. Həmin vaxtdan etibarən Fərqanə bunu özünə xəyanət kimi qəbul etdi və münasibətimiz korlandı.

Hadisə günü Fərqanəyə dəfələrlə boşanma ərizəsini məhkəmədən götürməsini dedim. Fərqanə isə kobud şəkildə boşanacağını dedi. Bu vaxt masanın üzərindəki meyvə doğramaq üçün qoyulmuş bıçağa gözüm sataşdı. Əsəblərimi cilovlaya bilmədim və anidən həmin bıçağı götürərək Fərqanəyə zərbələr endirdim. Həmin vaxt özümdə deyildim. Bir anlıq baş verənləri dərk edərək ölmək istədim. Çünki dünyada ən çox sevdiyim adama zərər yetirmişdim. Mətbəxdə olan bıçağı götürüb özümə 20-yə yaxın zərbə endirdim.”

Zərərçəkmiş şəxs qismində danışan Fərqanə ifadəsində Namiqlə barışdığını və Namiqə qarşı hər hansı şikayəti və tələbi olmadığını deyib.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!