Bakıda aktiv koronavirus xəstələri ictimai yerlərdə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda aktiv koronavirus xəstələri ictimai yerlərdə saxlanıldı

Hadisə

26 Mart 2021 14:17 856


Bakıda iki aktiv koronavirus xəstəsi saxlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, paytaxt ərazisində iki nəfər aktiv koronavirus xəstəsi Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Bakı şəhər sakinləri 26 yaşlı E.Talıbov və 57 yaşlı E.Quluzadə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onların yaşayış yerlərini tərk etdiyi müəyyənləşdirilib. Dominos pizza

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıblar. Həmin şəxslər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!