Bakıda ana 1 yaşlı uşağını zəhərləyib öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ana 1 yaşlı uşağını zəhərləyib öldürdü

Hadisə

27 Mart 2023 11:38 1007


Bakıda 1 yaşlı körpəsini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Bağıyevanın cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb. 

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Daha sonra prokuror Eldar Həmzəyev işin məhkəmə baxışına verilməsini təklif edib.  Dördpendirli pizza

Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib. 

İş üzrə məhkəmə prosesi aprelin 10-na təyin olunub. 

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. 

Belə ki, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyeva 2021-ci il təvəllüdlü uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

N.Bağıyevaya qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!