Bakıda ana 3 yaşlı uşağı ilə birlikdə özünü binadan atdı 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ana 3 yaşlı uşağı ilə birlikdə özünü binadan atdı 

Hadisə

19 İyul 2022 11:01 1140


Bakıda özünü binadan atan qadının vəziyyəti çox ağırdır.

Yenisabah.az Trend-də istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 1997-ci il təvəllüdlü ananın vəziyyəti çox ağırdı.

"Çox saylı sümük sınığı xəsarəti ilə gətirilib. 2019-cu il təvəllüdlü uşağın vəziyyəti ona nisbətən yaxşıdır. Qol və bud nahiyəsində sınıqlar var. Ancaq vəziyyəti ağır stabildir", - məlumatda bildirilir. Sezar pizza

Xatırladaq ki, Bakının Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı iki azyaşlı övladı, 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb.

Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!