Bakıda intihara cəhd hadisəsi baş verib. Hadisə Yasamal rayonunda qeydə alınıb.
1991-ci il təvəllüdlü Cəfərova Nigar Musa qızı və onun 4 yaşlı oğlu - 2016-cı il təvəllüdlü Manafov Hüseyn Cavid oğlu, habelə qadının digər azyaşlı oğlu (adı dəqiqləşdirilir-red) özlərini yaşadıqları binanın 4-mərtəbəsindən atıblar.
Ağır bədən xəsarətləri alan yaralılar xəstəxanaya çatdırılıblar. Ananın və övladlarının vəziyyətlərinin ağır olduğu bildirilir. pizza mizza
Hadisənin təfərrüatı araşdırılır.
Telegram kanalımız