Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1989-cu il təvəllüdlü Ömərova Gülçiçək Mətləb qızı və onun övladı 2009-cu il təvəllüdlü Ömərova Zəhra Sərvan qızı xəsarət alıblar. pizza hut
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır./Report
Telegram kanalımız