Bakıda arvadı tərəfindən döyülən kişi XƏSTƏXANALIQ OLDU

saytların hazırlanması

Evə çatdırılma

Bakıda arvadı tərəfindən döyülən kişi XƏSTƏXANALIQ OLDU

Kriminal

30 Aprel 2025 15:48 459


Bakının Nərimanov rayonu ərazisində kişi həyat yoldaşı tərəfindən döyülüb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Arvadı tərəfindən döyülən 1973-cü il təvəllüdlü Seymur Kərim oğlu Kərimov Sabunçu Tibb Mərkəzinə aparılıb. pizza sifarişi

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır.

Xəsarət alan şəxsin son vəziyyəti ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 29-da, saat 22:30-da 1973-cü il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

"1973-cü il təvəllüdlü şəxsə baş-beyin silkələnməsi, qarın divarının əzilməsi, diz oynağının əzilməsi, biləyin səthi travması, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilib. Zəruri tibbi yardımlar göstərilən pasiyentin vəziyyəti stabil olub və öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!