Bakıda ata özünü və övladlarını yandırmaq istədi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ata özünü və övladlarını yandırmaq istədi

Hadisə

10 Fevral 2022 16:21 776


Bakıda ata özünün və fiziki qüsurlu azyaşlı övladlarının üzərinə benzin tökərək yandırmağa cəhd edib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb.

Belə ki, evdə bağlı qapı arxasında sərxoş vəziyyətdə olan Qabil Şıxıyev özünün və azyaşlı övladlarının üzərinə benzin tökərək yandırmaq istəyib. Bu zaman evdəki əşyalar yanmağa başlayıb. Toyuqlu pizza

Hadisə yerinə gələn Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları intihara cəhdin qarşısını alıblar. Onlar yanacaq dolu olan şüşə qabı Q.Şıxıyevin əlindən alaraq, özünü və uşaqlarını yandırmasına imkan verməyiblər.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!