Bakıda atmosferi çirkləndirən daş karxanası cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda atmosferi çirkləndirən daş karxanası cərimələndi

Hadisə

18 Avqust 2023 22:05 569


Bakıda atmosferi çirkləndirən daş karxanası cərimələnib.

Yenisabah.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində fəaliyyət göstərən “Nardaran Daş Karxanası” LTD tərəfindən atmosferə toz hissəciklərinin atılması faktı müəyyən olunub.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, aparılan ölçmə işləri nəticəsində atmosferə atılan toz hissəciklərinin normadan artıq olduğu məlum olub. Toyuqlu pizza

“Faktla bağlı “Nardaran Daş Karxanası” LTD barəsində akt, protokol tərtib olunub və müəssisə hüquqi şəxs qismində cərimə olunub.

Xidmət rəsmisinin sözlərinə görə, mövcud vəziyyətin yerində araşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla, Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışın alınması istiqamətində işlər aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!