Bakıda ana və azyaşlı övladını avtomobil vuraraq ağır xəsarət yetirib.
Yenisabah.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında yolu keçən 1990-cı il təvəllüdlü Qənirə Rasim qızı Əhmədova və onun 6 yaşlı övladı Murad Abbas oğlu Əhmədovu avtomobil vurub. Dördpendirli pizza
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Q.Əhmədovaya sağ ayağın sınığı və bədənin müştərək travması, M.Əhmədova isə qapalı kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əzikləri və komatik vəziyyət diaqnozları qoyulub./Report
Telegram kanalımız