Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verildi

İdman

21 Aprel 2023 11:24 803


Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

Yenisabah.az xəbər verir ki, açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov bu yarışın Azərbaycanda yeddinci dəfə təşkil olunduğunu bildirib.

Ötən həftə paytaxtın bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirinə uğurla ev sahibliyi etdiyini vurğulayan E.Məmmədov Dünya Kubokunda 40 ölkədən 135 idmançının iştirak etdiyini qeyd edib. O, ötən il Azərbaycanın qrup hərəkətləri üzrə yığma komandasının tarixi bürünc medala sahib çıxdığını və təmsilçilərimizin Avropa çempionatında üç bürünc mükafat qazandığını xatırladıb. Pepperoni pizza

Milli Gimnastika Arenasında keçirilən və aprelin 23-dək davam edəcək Dünya Kubokunda Azərbaycanı fərdi növdə Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina təmsil edir.

Qaliblər ayrı-ayrı alətlər üzrə və çoxnövçülük proqramında müəyyənləşəcək.

Ənənəyə uyğun olaraq, ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” Kuboku təqdim olunacaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!