Bakıda betonqarışdıran maşın avtomobilin üzərinə aşdı:   Yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda betonqarışdıran maşın avtomobilin üzərinə aşdı: Yaralananlar var

Hadisə

16 Mart 2022 14:14 666


Bakıda betonqarışdıran maşın avtomobilin üzərinə aşıb, yaralananlar var.

Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, aeroport yolunda istiqamətdə olan betonqarışdıran maşın idarəetmədən çıxaraq "Opel" markalı avtomobilin üzərinə aşıb: "Nəticədə "Opel"də olan şəxslər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları, təcili tibbi yardım briqadası cəlb olunub. Qəza zamanı yolda sıxlıq yaranıb. Hazırda DYP əməkdaşları tərəfindən yolda hərəkət tənzimlənir". Marqarita pizza

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!