Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir?

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir?

Sosial

12 May 2026 15:17 153


"Bakı Metropoliteni" QSC-nin "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərlə birləşdirilməsi bütün avtobus və taksi xidmətlərini əhatə etmir.

"Yeni Sabah" Trend-ə istinadla xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov deyib.

Onun sözlərinə görə, dəyişiklik yalnız “BakuBus” və “Bakı Taksi” şirkətlərinə aiddir: pizza sifarişi

""BakuBus" Bakı şəhərində bir çox marşrutu idarə edən, həmçinin Gəncə və Xankəndi şəhərlərində fəaliyyət göstərən dövlət şirkətidir. "Bakı Taksi" isə sərnişinlərimizin "London taksisi" adlandırdığı xüsusi taksilərdən ibarətdir. Digər marşrutlar və avtobus xidmətləri isə öz müstəqil fəaliyyətlərini davam etdirəcəklər".

Qeyd edək ki, geniş müsahibə bu gün 21:30-da Trend Beynəlxalq İnformasiya Agentliyində və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasında(ATV) yayımlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!