Bakıda cinayət törədən qəssaba 8 il həbs verildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda cinayət törədən qəssaba 8 il həbs verildi

Kriminal

18 Avqust 2022 13:55 1202


Bakıda 24 yanvar 2021-ci il tarixində quldurluq edən şəxsə hökm oxunub.

“Yeni Sabah” xəbər verir ki, 1991-ci il təvəllüdlü Orxan Qurbanov (soyadlar şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq-silah və ya silah qismində əşya tətbiq etməklə törədildikdə)  maddələri ilə təqsirli bilinib. Ona 8 il müddətində azadlıqdan məhrumetmə cəzası verilib. 

Məhkəmədə bildirilib ki, hadisə 2021-ci ilin 24 yanvar tarixində Xətai rayonunda baş verib. Belə ki, işlədiyi qəssab dükanında çalışan Sürməli Məmmədovanın həmin mağazadan gizlincə ət oğurladığından  və bu səbəbdən də onun maaşının kəsildiyindən şübhələnən Orxan qisas almaq məqsədi ilə Sürməlinin nəvəsi Rəvan Əliyevə qarşı quldurluq hərəkətləri edib. O, Rəvanı sənəd vermək bəhanəsi ilə parka çağırıb və orada ona şillə vuraraq cibində olan “Xiaomi” markalı telefonu oğurlayıb. Rəvan telefonu geri tələb etdikdə isə Orxan onun üzərinə bıçaq çəkib. Bundan qorxan Rəvan qaçaraq ərazindən uzaqlaşıb. O, oğurladığı telefonu “Elşən Telecom” adlı telefon mağazasında işləyən şəxsə 140 manata satıb. pizza

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Orxan Qurbanov ifadəsində bildirib ki, işlədikləri son dövrdə Sürməlinin dükandan özü ilə az-az ət oğurlayıb evinə apardığını hiss edib: “Bəzən də mühasibat edilərkən aşkar olunan çatışmazlıq mənim maaşından kəsilirdi. Dəfələrlə bu barədə mağazanın sahibinə bildirsəm də, inanmadı. Əsəbiləşib bu səbəblə öz istəyim ilə işdən çıxdım. Telefonu götürsəm də üzərimdə bıçaq olmayıb.”

Zərərçəkən şəxs qismində dindirilən Rəvan Əliyev ifadəsində bildirib ki, Orxanla əvvəllər aralarında heç bir ədavət olmayıb: “Hadisənin şoku içərisində Orxanın qolundan tutub nə baş verdiyini və telefonumu təcili qaytarmasını dedikdə, Orxan ağır söyüşlər söyərək sağ əlini şalvarının belinə aparıb belindən bıçaq çıxartdı və mənə istiqamətlənmiş şəkildə saxladı. Həmin anda Orxanın məni bıçaqla vura biləcəyini real hiss edib bərk qorxdum və qaçaraq uzaqlaşdım. Orxanın telefonu qaytaracağını gözlədim, ancaq qaytarmadı”.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!