Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Sosial

03 Fevral 2022 18:24 819


Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti fevralın 4-dən distant təhsil formasında davam etdiriləcək.

Yenisabah.az xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 20 nömrəli məktəb-liseydə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. pizza

Qeyd edək ki, Bakıda 117 nömrəli tam orta məktəbin fəaliyyəti də bu gündən distant təhsil formasında davam etdirəcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!