Bakıda daha bir nəhəng hava limanı inşa olunur: Ərazidən   GÖRÜNTÜLƏR - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir nəhəng hava limanı inşa olunur: Ərazidən GÖRÜNTÜLƏR - VİDEO

Siyasət

14 İyun 2026 18:13 333


Ələt qəsəbəsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yeni hava limanının tikintisi davam edir.

"Yeni Sabah" AzTV-yə istinadən xəbər verir ki, bu hava limanı digər limanlarından fərqlənəcək. Belə ki, burada əsasən yükdaşımalar həyata keçiriləcək.

Yeni hava limanı Orta Dəhliz və Zəngəzur dəhlizi vasitəsilə daşınan yüklərin daha operativ və çevik şəkildə təyinat məntəqələrinə çatdırılmasında mühüm rol oynayacaq. pizza sifarişi

Hava limanı yüksək dəyərli və sürətli göndərilmə tələb edən yüklərin qısa müddətdə ünvanına çatdırılmasını təmin edəcək.

Bununla yanaşı, o Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən müəssisələrin ixrac imkanlarının genişlənməsinə də töhfə verəcək.

Yeni hava limanı Azərbaycanın regional logistika mərkəzi kimi rəqabət qabiliyyətini artıracaq, həmçinin investorlar üçün əlavə infrastruktur üstünlükləri yaradacaq.

İlk yük hava limanının gələn il istismara verilməsi planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!