Bakıda yerləşən "Kəpəz" hospitalında ölüm hadisəsi qeydə alınıb.
"Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, Almaniya vətəndaşı olan Türkiyə əsilli Tulin Turp avquustun 6-da tibb müəssisəsində keçirdiyi plastik əməliyyatdan sonra vəfat edib.
Əməliyyatı estetik cərrah Seymur Məmmədov həyata keçirib və pasiyent səhhətinin kəskin pisləşməsi ucbatından ölüb. pizza sifarişi
Daha əvvəl Seymur Məmmədovun əməliyyat etdiyi 2 qadının ölümü ilə bağlı məlumatlar yayılıb: 1989-cu il təvəllüdlü Nilufər Abdulla və 1991-ci ildə anadan olmuş Pərvanə Mirzəyeva. Hər iki qadın S.Məmmədovun "Etalon" klinikasında əməliyyatından sonra ölüb.
Telegram kanalımız