Bakıda DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi

Kriminal

06 İyul 2026 09:56 1106


Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib.

“Yeni Sabah” "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu qəsdən vurub. Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib. pizza

Nəticədə Azər Şahmuradov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Asif Nağıyev müəyyən edilərək saxlanılıb.

Qəsəbə sakinlərinin bildirdiyinə görə, hadisəyə Azər Şahmuradovun Asif Nağıyevin oğlunun həyat yoldaşını narahat etməsinin səbəb olduğu iddia edilir. Rəsmi qurumlar bu məlumatı hələlik təsdiqləməyib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!