Bakıda DƏHŞƏT: kişi krana çıxıb özünü atmaq istədi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda DƏHŞƏT: kişi krana çıxıb özünü atmaq istədi - VİDEO

Kriminal

08 Mart 2025 09:24 295


Bakıda intihara cəhd hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən “Yeni Sabah”a verilən xəbərə görə, bir nəfər axşam saatlarında Nizami rayonu ərazisində qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edib. 

Bunu görən vətəndaşlar FHN-nin “112” qaynar telefon xəttinə məlumat veriblər.  Dominos pizza

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 36 yaşlı Şəmiyev Nicat Mübariz oğlu qaldırıcı kranın üzərinə çıxaraq özünü atmaq istəyir.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılmaqla xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görülüb. 

Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində o, intihar etmək niyyətindən çəkinib və xilas edilərək aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!