Bakıda dələduzluqda təqsirləndirilən Nərminə Əfəndiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, N.Əfəndiyeva 6 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib. Marqarita pizza
Qeyd edək ki, N. Əfəndiyeva vətəndaş İlhamə Umbayeva qarşı dələduzluq edib.
İ. Umbayeva qızıl alveri ilə məşğul olub. N. Əfəndiyeva onun etibarından sui-istifadə edərək 70 min manatdan çox dələduzluq edib.
N. Əfəndiyeva Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham verilib.
Telegram kanalımız