Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə bu gün paytaxtda təmizliklə bağlı daxili iməclik və geniş dezinfeksiya tədbirləri keçirilib.
Bu barədə Yenisabah.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, iməclik zamanı səkilərin kənarlarının, bordyurların və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, köşklərin, mağazaların vitrinlərinin, həmişəyaşıl ağacların yuyulması həyata keçirilib yeni ağaclar, kollar əkilib, movcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. Pepperoni pizza
Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən cari ildə üçüncü, pandemiyanın əvvəlindən isə 21-ci dəfə həyata keçirilən gücləndirilmiş dezinfeksiya işləri zamanı 550 küçə dezinfeksiya olunub.
Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir.
Telegram kanalımız