Bakıda DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançıların məhkəməsi başladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançıların məhkəməsi başladı

Kriminal

11 İyun 2025 18:51 476


Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançıların cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub. Dördpendirli pizza

Növbəti prosesi iyunun 25-ə təyin olunub.

Xatırladaq ki, hadisə bu ilin yanvar ayının 4-də Bakının Xətai rayonunda baş verib. Məlumata görə, idmançılar - Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum ediblər. İnsidentdən sonra sözügedən şəxslər saxlanılıblar. Məlum olub ki, onları bu əməli Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovun sifarişi ilə törədiblər.

Məhkəmənin qərarı ilə Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində həbs qətimkan tədbiri, Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İdmançılar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham olunurlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!