Bakıda əcnəbi qızların ölümü ilə bağlı cinayət işi başlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda əcnəbi qızların ölümü ilə bağlı cinayət işi başlandı

Hadisə

10 Yanvar 2020 06:44 923


Bakıda 3 əcnəbi vətəndaşın ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsiniin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır. pizza sifarişi

Xatırladaq ki, ötən gecə paytaxtın Səbail rayonunda mənzildə yanğın olub. Bayıl qəsəbəsi Mirzə Mustafayev küçəsi 14 ünvanında mənzildə kirayə yaşayan üç Şri-Lanka vətəndaşı dünyasını dəyişib. Ölən qızların tələbə olduğu bildirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!