Bakıda əcnəbini meymun dişlədi - Xəstəxanalıq oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda əcnəbini meymun dişlədi - Xəstəxanalıq oldu

Hadisə

26 Sentyabr 2019 08:00 1181


Bakıda xarici turisti meymun dişləyib.

“Yeni Sabah” “Trend”ə istinadən xəbər verir ki, hadisə ötən gün Səbail rayonunda baş verib. Böyük Britaniya vətəndaşı olan 1960-cı il təvəllüdlü Donovan Debra Jayneni meymun dişləyib. Sol qolundan xəsarət alan şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mərkəzdən verilən məlumata görə, turistə ilkin tibbi yardım göstərilib və quduzluğa qarşı iynə vurulub. Həkimlərin yardımından sonra D.Donovan öz istəyi ilə ambulator müalicəyə yola salınıb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!