Bakıda əməliyyat:   saxlanılanlar var - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda əməliyyat: saxlanılanlar var - VİDEO

Kriminal

21 Fevral 2026 18:37 2099


Səbail Rayon Polis İdarəsi 41-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, növbəti tədbir zamanı 36 yaşlı Məmməd Məmmədov və həmyaşıdı Müşfiq Səfərov polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan 8 kiloqram 100 qram marixuana aşkarlanıb. Dominos pizza

Saxlanılan şəxslər narkotikləri sosial şəbəkədə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!