Bakıda erməni mahnısı oxudub, azərbaycanlıları təhqir edənlər görün kimlər imiş -   Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda erməni mahnısı oxudub, azərbaycanlıları təhqir edənlər görün kimlər imiş - Video

Hadisə

06 Dekabr 2019 19:13 3762


Xəbər veriyimiz kimi, ötən ayın əvvəlində sosial şəbəkələrdə içərisində erməni mahnısı səsləndirilən və Neftçilər prospekti ilə hərəkət edən avtomobilin videosu yayılıb.

"Yeni Sabah" xəbər verir ki, Bakıda avtomobildə içərisində erməni mahnıları səsləndirən şəxslərin kimliyi müəyyənləşib.  İTV-nin hazırladığı videoreportajdan da məlum olduğu kimi, “Ermənilər Bakıda” başlığı ilə sosial şəbəkədə paylaşılan videonun iştirakçıları Gürcüstan Azərbaycanlıları olub. Həmin şəxslər Bakıda keçirilən toy mərasimi üçün gəliblər.

Onlar etdiklərindən peşman olduqlarını dilə gətiriblər.

Qeyd edək ki, videoda avtomobilin içərisində olanların Azərbaycan və azərbaycanlılara qarşı təhqir və aşağılayıcı ifadələri də yer alıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!